Ermənistan müxalifətində Paşinyana qarşı aktiv addımların atılması ilə bağlı ortaq fikir yoxdur.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat erməni müxalifətinə yaxın olan Teleqram kanallarında yayılıb.
“Bütün çağırışlara rəğmən, müxalifət əhalinin narazılıq dərəcəsinin küçəyə çıxmaq üçün yetərli qədər olmadığı qənaətindədir. Reallıq ondadır ki, irəvanlılar Qarabağın taleyindən çox, iqtisadi artımdan həzz alırlar”, – paylaşımda bildirilib.
Qeyd edək ki, dünən erməni müxalif deputat İşxan Saqatelyan müxalifətə müraciət edərək əhalini hakimiyyətə qarşı üsyana hazırlaşmağa çağırıb.
Saqatelyan Daşnaksütyun Partiyasının nümayəndəsidir. O, müxalifətin Paşinyana qarşı əsas alternativlərindən sayılır.
İlkin Həsənov
Globalinfo.az