Şahramanyanın olduğu binaya hücum: gərgin anlar – VİDEO

Qarabağdan köçən ermənilər etiraz aksiyası keçirərək qondarma rejimin İrəvandakı nümayəndəliyinin binasına daxil olublar. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayılıb.

Məlumata görə, Qarabağdan köçən ermənilər keçmiş separatçı rejimin “dövlət qurumları”nda çalışan şəxslərin maaşlarının ödənilməsinə xitam verilməsinə görə aksiya keçirirlər.

Keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan insanların qarşısına çıxaraq müraciət edib, lakin aqressiya ilə qarşılaşıb.

Qeyd edək ki, İrəvandakı “artsax operativ qərərgahı”nın da fəaliyyətini dayandırdığı açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az