Ermənilər qorxu içində: PUA-lar havaya qaldırıldı

Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə bu gün baş verən hadisələr erməniləri qorxuya salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində çoxsaylı paylaşımlar edilir.

Belə ki, ermənilər yeni müharibənin başlanmasından qorxuya düşüblər. Ermənilərin ən çox qorxduğu isə ənənəvi olaraq Azərbaycanın pilotsuz uçuş aparatları olub. Bəzi mənşəyi bəlli olmayan paylaşımlarda Azərbaycan Ordusunun PUA-larının havaya qaldırılması barədə bəhs olunur. Sözügedən paylaşım ermənilər arasında böyük təşvişlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Əliyar Xəlil
Globalinfo.az