Ermənilər itkin əsgərimizlə bağlı gülünc xəbər yaydılar – FOTO

Erməni jurnalist Suzi Badoyan Günnüt istiqamətində itkin düşən Azərbaycan əsgərinin guya diversant olduğunu iddia edib.

Globalinfo.az xəbər verir ki, o, panika məzmunlu paylaşım edərək hansısa diversiyanın olmasını qabartmağa çalışıb.

“Gecə araratlılardan məktublar aldım: bir diversant Tiqranaşendə (Kərki – red.) ərazimizə basqın etdi”, – Badoyan yazıb.

Qeyd edək ki, sərhəddə itkin düşən əsgərimiz tək olub. Əsgərin təkbaşına hansısa diversiyaya əl atdığını iddia etmək absurddur.

Digər tərəfdən, rəsmi Bakı sülh gündəliyinə sadiq olduğu üçün sərhəddə təxribat törədilməsində maraqlı deyil.

Bu yazı da sizə maraqlı ola bilər: İtkin düşən əsgərimiz harada gizlədilir? – VİDEO

Əliyar Xəlil
Globalinfo.az