“Vaxt” bitdi: Hücuma hazırlaşan ermənilər belə dağıdılır – VİDEO / YENİLƏNİB

Azərbaycanın sərhədinə güc tətbiq etmək üçün toplaşan aksiyaçıları Ermənistanın xüsusi təyinatlı polis qüvvələri dağıdır.

***16:15

Ermənilər növbəti təxribatın anonsunu veriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində informasiya yayılıb.

Belə ki, onlar Laçın yolunun saat 18:00-a qədər açılmasını istəyiblər. Bu fikri ermənilərin “səlibçilər” dəstəsinin komandiri Sərkis Poqosyan səsləndirib. O, əks halda yolu “özlərinin açacağını” iddia edib.

Poqosyanın bu açıqlaması ermənilərin Laçın istiqamətində hücuma hazırlaşdıqlarını göstərir.

Tamerlan Yayaqan
Globalinfo.az