ilham eliyev

Erməni mediası Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ haqda səsləndirdiyi fikirləri dərc edib.  

Globalinfo.az xəbər verir ki, KİV İlham Əliyevin Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”‒ “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciətini əvvəlkilərdən fərqli olaraq şərhsiz yayımlayıb.

Nəşr yazır:

İlham Əliyev qeyd edib ki, Qarabağ təkcə milli qürurumuzun simvolu kimi deyil, həm də XXI əsrin davamlı inkişaf məkanı kimi formalaşıb: “Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: