Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçiriləcək Avropa Şurasının iclasında iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl 18 dekabr tarixində Aİ sammitində Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına “təzminat krediti”nin ayrılması məsələsinin müzakirə ediləcəyi bildirilirdi. Lakin Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə görə, bu məsələ sammitin gündəliyinə daxil edilməyəcək.
Tahir Turan
Globalinfo.az