Ermənilər Qarabağda təxribata hazırlaşır: Arutyunyan qaçır və…

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazisində yaşayan erməni separatçıları təcili “referendum” keçirməyi planlaşdırırlar.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistanın “Qraparak” qəzeti yayıb.

Bildirilib ki, əgər əvvəllər “referendum” gələn ilin yazı üçün nəzərdə tutulurdusa, separatçılar indi tələsərək bu planı ilin sonuna – 2022-ci ilin dekabrına qədər gerçəkləşdirməyi nəzərdə tutublar.

Qeyd edək ki, separatçıların “referendum” planına əsasən, artıq məhv olmuş qondarma rejimdə “prezident” idarəçiliyi “yarıprezident” sistemi ilə əvəz edilməlidir. Bu isə öz növbəsində baş terrorçu Araik Arutyunyanın səlahiyyətlərinin məhdudlaşdırılması, hazırda “dövlət naziri” postunu tutan Ruben Vardanyanın səlahiyyətlərinin artırılması demək olacaq. Buna İrəvanda mənfi münasibət bəsləsələr də, Moskvada yaxşı yanaşırlar.
Həmçinin onu da vurğulayaq ki, Araik Arutyunyan “vəzifə”dən getmək istədiyini daha əvvəl bir neçə dəfə deyib.

İlkin
Globalinfo.az