
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını deyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
“Nə vaxtsa, Türkiyənin lideri olmaq barədə düşünmüsünüzmü?” – sualını, B.Ərdoğan belə cavablandırıb:
“Bunu məndən çox soruşurlar. Lakin QHT sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək, gəncləri həqiqətən ruhlandırmaq istəyirəm. Onlar hansı peşəni seçməsindən asılı olmayaraq, dəyərlərin müdafiəçisi, vətəndaş cəmiyyətinin bir hissəsi olmalıdır. Ona görə də vaxtımın çox hissəsini təhsil layihələrinə – məktəblərə, universitetlərə, təqaüd proqramlarına, akademik mükafatlara həsr edirəm. Ən istedadlı və parlaq olanları dəstəkləyirəm ki, onlar öz arzularını həyata keçirə bilsinlər. Həm də mədəniyyətin dirçəlişi, irsinin yeni nəsillərə ötürülməsi, qorunub saxlanılması üzərində işləyirəm. Həyatımı buna həsr etmək istərdim”.
Günay Rəsulqızı
Globalinfo.az