İranın xarici işlər naziri Abbas Əraqçi ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Danışıqlar zamanı tərəflər “İslamabad memorandumu” və regionda mövcud olan bəzi ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İran XİN rəhbəri memorandumun detallarını qarşı tərəfə təqdim edərək, sənəddə nəzərdə tutulan müddəaların icrasına görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.
O, həmçinin Livana qarşı hücumların dərhal və tam şəkildə dayandırılmasının vacibliyini vurğulayıb.
Rusiya xarici işlər naziri isə memorandumun yekunlaşdırılmasını müsbət qiymətləndirərək, Moskvanın sənədin icrasına dəstək verdiyini qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az