Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri və prokurorları Vladimir Putinin həbsindən ehtiyat etməlidirlər.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Mən hakim və prokurorlarının yerinə olsaydım, ən böyük qorxum o olardı ki, dəlilərdən biri onların qanunsuz əmrini icra etsin. Çünki bu halda onların həyatı həmin kağız parçasından baha olmayacaq”, – o bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi keçən il Rusiya Prezidenti Vladimir Putinin həbsi haqqında order verib. Məhkəmə Monqolustandan Putinin həbsini tələb edib.
Əliyar Xəlil
Globalinfo.az














