“Embraer” nümayəndələri qəza yerinə çatdı

azal teyyare qeza

Braziliyanın “Embraer” təyyarə istehsalı şirkətinin nümayəndələri “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğradığı Aktau şəhərinə çatıblar. .

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

” Təyyarə istehsalçısı “Embraer”dən təyin olunmuş nümayəndələr Çikaqo Konvensiyasına 13-cü Əlavəyə uyğun olaraq Braziliyadan Aktau şəhərinə gəliblər”, – nazirliyin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, qəzaya uğrayan təyyarənin iki “qara qutu”su tapılıb. İstintaq prosesində “Embraer” nümayəndələrinin də iştirak edəcəyi və yoxlama aparılacağı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az