Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımova ağır itki üz verib.
Globalinfo.az bildirir ki, rektorun atası Eldar Qasımov vəfat edib.
Universitet bununla bağlı başsağlığı paylaşımı etsə də, mərhumun hansı səbəbdən dünyasını dəyişdiyi qeyd edilməyib.
Xatırladaq ki, E. Qasımov 2012-ci ildən BANM-in rektorudur. Ondan əvvəl keçmiş təhsil naziri Misir Mərdanovun müavini, daha əvvəl isə Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini olub.