Əliyevlə Paşinyanın Moskva görüşü – Lenstov deyib ki…

Rusiya sülhməramlılarının komandanı Aleksandr Lentsov Bakıdan qayıtdıqdan sonra Qarabağdakı separatçılarla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Lentsov separatçılara Laçındakı sərhəd-keçid məntəqəsinin ləğvinin qeyri-mümkün olduğunu söyləyib. Rus sülhməramlılarının rəhbəri həmçinin Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşə ümid bəsləmək lazım gəldiyini bildirib.

O həmin görüşün Rusiya Prezidenti Vladimir Putinin vasitəsilə 25 mayda Moskvada keçiriləcəyini deyib. Lentsov bu görüşdə sərhəd-keçid məntəqəsi məsələsinin həll olunacağını iddia edib.

İlkin Həsənov
Globalinfo.az