“Əliyev Ermənistanı azərbaycanlılarla dolduracaq” – Ambaryan

“İlham Əliyev sülh müqaviləsinin imzalanması üçün yeni şərtlər irəli sürür”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Qagik Ambaryan çıxış edib.

“Əliyev Ermənistanı azərbaycanlılarla dolduracaq. O, çox gözəl bilir ki, 500000-dən çox erməni və onların xələfləri Azərbaycana heç vaxt qayıtmayacaqlar, lakin onun patronajlığı və Nikolun müdafiəsi ilə 168 min azərbaycanlı mütləq Ermənistana qayıdıb, “Ermənistan-Qərbi Azərbaycan” proqramını reallaşdıracaqlar. Bununla da Ermənistanın demoqrafik görüntüsünü dəyişəcəklər. Azərbaycanlıların gəlişində cəmi 20 il sonra azərbaycanlıların artımını, ermənilərin isə vətənlərini sevmədiyini nəzərə alsaq, o zaman Ermənistanda azlıq olacağıq. Əliyev xüsusilə azərbaycanlılarla Ermənistanın cənub və şərqini doldurmaqda maraqlıdır” – deyə o bildirib.

Qeyd edək ki, dünən Kanada səfiri ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh üçün konstitusiyanın dəyişməsinin vacib olduğunu deyib.O həmçinin bildirib ki, ermənilərin Azərbaycana qayıtması kimi, azərbaycanlıların da Ermənistana qayıtması da nəzərə alınmalıdır.

Əliyar Xəlil
Globalinfo.az