“Elif” 10 il sonra qayıtdı: nə qədər qazanacaq?

10 ildən sonra “Kızıl Goncalar” serialı ilə ekranlara qayıdan Özgü Namalın bölüm başına aldığı pul hər kəsi heyrətləndirib. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, aktrisa yeni serialında bölüm başına 700 min tl (təxminən 41 min manat) maaş alır.

Qeyd edək ki, Özgü Namal bir zamanlar reytinq rekordları qıran “Kurtlar Vadisi” serialı ilə tanınıb. O, ailə həyatı qurduqdan sonra karyerasını sonlandırmışdı. 2020-ci ildə həyat yoldaşını itirdikdən sonra isə dərin depressiyaya düşmüşdü. İndi isə 10 illik fasilədən sonra Özcan Dənizlə baş rolu paylaşdığı “Kızıl Goncalar” serialı ilə ekranlara geri dönüb. Onun ilk bölümündəki performansı izləyicilər tərəfindən çox bəyənilib.