Elektrikli avtomobillər benzinlə işləyənlərdən daha toksikdir? – Araşdırma / FOTO

Alimlər elektrik avtomobillərinin benzin mühərrikli avtomobillərdən daha zəhərli olduğunu iddia edir. 

Globalinfo.az xəbər verir ki, mütəxəssislər bunu elektromobillərin benzinlə işləyən avtomobillərdən əhəmiyyətli dərəcədə ağır olması ilə izah edir.

Belə ki, müəlliflərin sözlərinə görə, təkər və əyləc tullantıları, emissiyaları azaldan filtrlərlə təchiz edilmiş müasir səsboğucu borularından 1850 dəfə çox hissəciklər buraxır.

Maşınların çəkisi təkərlərə və əyləclərə daha çox təzyiq edərək, onların daha tez köhnəlməsinə səbəb olur. Bu fikrin əksini söyləyən mütəxəssislərində olduğunu nəzərə alaraq, ABŞ Ətraf Mühit Agentliyi (EPA) məsələ ilə bağlı öz araşdırmasına başlayıb.