
İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diploma ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, İstanbul Universiteti İmamoğlunun diplomunu “yoxluq” və “açıq xəta” səbəbi ilə ləğv edib. İmamoğlu ilə birgə 28 nəfərin diplomunun ləğv edildiyi bildirilir.