Əfqanıstanla sərhəddə döyüşlər zamanı 4 pakistanlı hərbçi həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sərhəddə hücuma keçən qruplaşmanın 6 yaraqlısı məhv edilib.
Məlumata görə, qruplaşma Şimali Vəziristan əyalətindəki sərhəd-keçid məntəqəsini tutmaq üçün hücuma keçiblər.
***00:22
Əfqanıstanla Pakistan arasında mübahisəli bölgə – Bəhramça sərhəd məntəqəsində silahlı toqquşma olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Hazırda hər iki ölkə arasında sərhəd bütün nəqliyyat vasitələri üçün tamamilə bağlanıb.
Aysel Əliyeva
Globalinfo.az