Dünyada koronavirusdan ölənlərin sayı kəskin artıb

Dünyada son 28 gün ərzində COVID-19-dan ölənlərin sayı 20% artıb, yoluxanların sayı isə 7% azalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytındakı hesabatda deyilir.

Belə ki, 19 dekabr – 15 yanvar tarixlərində bütün dünyada 13 milyona yaxın yeni yoluxma və 53 minə yaxın ölüm faktı qeydə alınıb.

Təşkilat bildirir ki, 9 -15 yanvar tarixlərində isə 13 minə yaxın ölüm və 2,8 milyon yoluxma faktı müəyyən olunub.

ÜST-nin məlumatına görə, yanvarın 8-dək bütün dünyada 659 milyondan çox yoluxma və 6,6 milyondan çox ölüm faktı qeydə alınıb.