Dünyada koronavirusa yoluxma halları kəskin azalıb

2023-cü il yanvarın 16-dan fevralın 12-dək dünya üzrə koronavirusa yoluxma hallarının sayı 92% azalıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunan dövrdə ölənlərin sayında 47% azalma müşahidə edilib.

Məlumata görə, 2023-cü il yanvarın 16-dan fevralın 12-dək dünyada 6,7 ​​milyondan çox yeni yoluxma və 64 min ölüm faktı qeydə alınıb. Ən çox yoluxma Yaponiya (1,63 milyon), Çin (1,3 milyon), ABŞ (1,17 milyon), Cənubi Koreya (543 min) və Braziliyada (332 min) aşkarlanıb. Koronavirusdan ölənlərin sayına görə, lider ölkələr Çin (21 min), ABŞ (14,3 min), Yaponiya (8,2 min), Braziliya (2,4 min) və Böyük Britaniya (2,3 min) olub.