“Dünya ciddi problemlərlə üz-üzədir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Dünya hazırda böyük problemlərlə və çoxsaylı böhranlarla üzləşib. Ona görə də, kollektiv səyləri gücləndirmək lazımdır. Beynəlxalq inkişafın hazırkı tempi göstərir ki, biz hələ də əks istiqamətlərdə irəliləyirik. Ermənistan daha yaxşı, təhlükəsiz, dinc və inklüziv dünyaya yol açmaq məqsədi daşıyan mütərəqqi addımlar atmaq üçün Gələcək Paktı üzrə danışıqlarda fəal iştirak edib. Bu baxımdan, “Gələcək üçün Pakt” BMT-yə əsaslanacaq çoxtərəfliliyə yeni nəfəs verən mühüm sənəddir”, – deyə Paşinyan vurğulayıb.
Müşviq tofiqoğlu
Globalinfo.az