Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını artırdı

Dünya Bankı (WB) Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 4,2 %, 2023-cü ildə isə 2,8 % artacağını proqnozlaşdırır.

Globalinfo.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.

Sənədə əsasən, bu, Dünya Bankının iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 1,5 % və 0,6 % çoxdur.

Dünya Bankı 2024-cü ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,3 faiz bəndi çoxdur.