elchin quliyev yarali herbchi

Fevral ayının 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu ziyarət edib.

Bu barədə Globalinfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, DSX rəisi hərbçimizin müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb.

Əsgər P.Xəlilzadə göstərilərən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Neyrocərrahiyyə xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.

65cccf1490e8265cccf1490e83170792117265cccf1490e7c65cccf1490e7f 65cccf148489b65cccf148489c170792117265cccf148489965cccf148489a 65cccf142b62b65cccf142b62c170792117265cccf142b62865cccf142b62a 65cccf141c39465cccf141c395170792117265cccf141c39265cccf141c393

Paylaş: