“Drakon”la bağlı yeni xəbər var – YENİLƏNİB

Xuliqanlıqda təqsirləndirilən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Kult.az-a Rza Rzayevin vəkili Səlahəddin Cəfərov bildirib.

Onun sözlərinə görə, Ali Məhkəmədə keçiriləcək proses 25 oktyabr saat 10:25-ə təyin edilib.

Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib.

***11:12

Xuliqanlıqda təqsirləndirilən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən proses oktyabrın 24-nə təyin edilib.

Şikayət hakim Şahin Yusifovun icraatına verilib.

Qeyd edək ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, cəzanı şərti hesab edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunub. Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvarında 220 saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.

Xatırladaq ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.