Davudoğludan Ermənistan açıqlaması: “Türkiyə tez bir zamanda…”

“Türkiyə Ermənistanla münasibətləri  tez bir zamanda normallaşdırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Əhməd Davudoğlu deyib.

O bildirib ki, Ermənistanla münasibətlərin normallaşmasına dair protokolları 2009-cu ilin oktyabrında imzalayıb.

Keçmiş nazir vurğulayıb ki, iki ölkə arasında sərhəd açılmalı, səfirliklər fəaliyyətə başlamalıdır.

2009-cu ildə Sürixdə Ermənistanla münasibətlərin normallaşdırılmasına dair protokolları imzalayan Davudoğlu qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin alovu Qafqaza sıçramamalıdır.

Müşviq Tofiqoğlu
Globalinfo.az