Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları verildi – YENİLƏNİB

Oktyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Globalinfo.az-a verilən xəbərə görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 59 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

***08:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə 22 ailə, yəni 59 nəfər köçürülüb.

Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış bu ailələr bundan sonra öz doğma şəhərlərində – Füzulidə yaşamağa başlayacaqlar. Köç prosesi mərhələli şəkildə davam edəcək.

Onu da bildirək ki, Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən binalarda yaşayırlar.

Bu gün daha 22 ailə Füzuliyə yola salınıb - FOTO Bu gün daha 22 ailə Füzuliyə yola salınıb - FOTO Bu gün daha 22 ailə Füzuliyə yola salınıb - FOTO

Bu gün daha 22 ailə Füzuliyə yola salınıb - FOTO