Rayonlara qar yağıb, dağlarda şaxta olub – Faktiki hava

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 6-10 dərəcə isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-4 şaxta olub.

Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir.

***10:26

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 10:00-a olan məlumata görə, düşən yağıntının miqdarı Oğuzda 22 mm, Qəbələdə 21 mm, Göyçay, Mingəçevirdə 20 mm, Kürdəmir, Balakəndə 19 mm, Biləsuvar, Şəkidə 18 mm, Qax (Sarıbaş), Neftçala, Yevlax, Gədəbəydə 16 mm, Zaqatala, Qobustanda 15 mm, Şərurda 14 mm, Lənkəranda 13 mm, Astara, Sabirabad, Naxçıvan, Ordubadda 12 mm, Lerik, İmişlidə 11 mm, Zərdabda 10 mm, Gəncə, Göytəpə, Tərtər, Yardımlı, Şahbuzda 9 mm, Göygöl, Ağdam, Beyləqan, Culfa, Sədərək, Şabran, Şahdağ, Xaltan, Bərdə, Cəfərxan, Qrız, Qusar, Şamaxı, Altıağac, Ceyrançöl, Ağstafa, İsmayıllı, Şəmkir, Naftalanda 7mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 11 mm, Bakı, Maştağa, Pirallahıda 10 m, Binədə 7 mm-dək olub.

Əlibəydə (Zaqatala) 24 sm, Daşkəsəndə 9 sm, Gədəbəy, Şahdağda 5 sm, Qrızda 1 sm qar örtüyü əmələ gəlib.

Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Yevlax, Göyçay, Beyləqan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Xaltan, Lerik, Sumqayıt, Çilov adasında duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcək, 15-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.