Cüneyt Arkının vəsiyyətnaməsi qalmaqala səbəb oldu

Mərhum türkiyəli aktyor Cüneyt Arkının vəsiyyəti açıqlanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktyorun 2009-cu il aprelin 14-də yazdığı vəsiyyətnamə İstanbul Sülh Hüquq Məhkəməsi tərəfindən onun ailəsinə təqdim olunub.

Vəsiyyətnaməyə əsasən, Leventdə yerləşən daşınmaz əmlak aktyorun həyat yoldaşı Betül Cüreklibatır, oğulları Murat və Kaan Polat Cüreklibatır arasında bölüşdürülüb.

Lakin vəsiyyətnamə birmənalı qarşılanmayıb. Arkının birinci həyat yoldaşı Güler Moncandan olan qızı Filiz Canlı vəsiyyətnaməyə etiraz edib.

Xatırladaq ki, C. Arkın ötən ilin iyununda dünyasını dəyişib. Bildirilir ki, Filiz Canlı 1966-cı ildə anadan olub və hər kəsdən gizlədilib. O, illər sonra 11 yaşındakı qızı Defnenin “babamı tanımaq istəyirəm” açıqlaması ilə gündəmə gəlib. Cüneyt Arkın isə onları tanımadığını deyib.