Çoban işlədiyi fermadan qoyun oğurladı

Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da saat Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub. 

Globalinfo.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1-ci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.