Çip savaşı böyüyür: Baydendən Pekinə mesaj

ABŞ daha Çin kimi ölkələrin əsiri olmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Xaricdə, xüsusən Çin kimi ölkələrdə istehsal edilən çiplərə güvənmək lazım deyil. Bilməliyik ki, bu çiplərin tədarük zənciri ABŞ-da yerləşir. Bu, situasiyanı kardinal şəkildə dəyişəcək”, – o bildirib.

Qeyd edək ki, hazırda dünyada yarımkeçiricilərə nəzarətlə bağlı mübarizə aktivləşib. Xüsusilə Çinin Tayvana hücum ehtimalları ABŞ-nin bu aktivliyini artırıb. Bunun üçün hətta bir neçə ay öncə Cənubi Koreya və Yaponiyaya səfər edən Bayden Seulda çip istehsalı ilə məşğul olacaq zavodun açılışını həyata keçirib.

İlkin
Globalinfo.az