WhatsApp Image 2025 07 30 at 14.02.27 1

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilir iyulun 30-da Globalinfo.az-ın redaksiyasının qonağı olub.

Səfirlik nümayəndəsi Globalinfo.az-ın baş direktoru Azər Ayxan və saytın əməkdaşları ilə görüşüb.

İşbilir ziyarəti çərçivəsində TürkiyəAzərbaycan arasında media əlaqələrinin inkişafının zəruruliyini vurğulayıb. Görüş zamanı iki ölkə ilə bağlı məlumatların qarşılıqlı şəkildə mətbuatda işıqlandırılması dəyərləndirilib. Həmçinin Bakı-Ankara münasibətləri, III Şuşa Qlobal Media Forumu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinin mediada yayımlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

C.İşbilir qeyd edib ki, TürkiyəAzərbaycan arasında media əlaqələri Azərbaycan Milli Mətbuatı yarandığı gündən mövcuddur:

“Yəni Həsən bəy Zərdabidən bu günə qədər artıq 150 ildir iki ölkənin mətbuatı arasında əlaqələr ən yüksək səviyyədə davam edir. Hazırda Türkiyə və Azərbaycanın ortaq media platforması da fəaliyyət göstərir. Biz iki dövlət tək millət və tək mətbuat olaraq hərəkət edirik”.

C.İşbilir bildirib ki, Globalinfo.az Azərbaycan mediasında çox vacib yerlərdən birini tutur, ən çox oxunan onlayn media resurslarındandır:

Biz də Globalinfo.az-ın xəbərləri və analizlərini çox yaxından izləyirik. Bu vəsilə ilə həm də Azərbaycan Milli Mətbuatının 150-ci ildönümü münasibətilə təbriklərini çatdırıram. Eyni zamanda Globalinfo.az-ın rəhbəri Azər Ayxanı və saytın əməkdaşlarını ürəkdən təbrik edirəm. Bundan sonra da birlikdə çalışmağa davam edəcəyik. Türkiyədə Azərbaycanı, Azərbaycanda da Türkiyəni doğru anlamaq və tanıtmaq üçün bərabər əl-ələ verib çalışmağa davam edəcəyik”.

WhatsApp Image 2025 07 30 at 14.08.12

Paylaş: