Ceyhun Səfər bu telekanalın aparıcısı oldu – VİDEO

Tanınmış aparıcı Ceyhun Səfər Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib. 

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial media hesabında bildirib.

C. Səfər ötən gündən telekanalın əsas xəbər buraxılışını təqdim edir.

O, eyni zamanda “Azvirt” MMC-də də baş direktorun müşaviri vəzifəsində çalışmağa davam etdiyini vurğulayıb.

Qeyd edək ki, C. Səfər buna qədər ATV, “Space” və “Baku TV”də çalışıb. “Tərəqqi” medalına sahibdir.