Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə getdi

Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı onun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.