Çavuşoğlu Quterreşin Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşdü

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibi Antonio Quterreşin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri rəsmi tviter hesabında bildirib.

O, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini, siyasi prosesləri və Suriya Konstitusiya Komitəsini dəstəklədiklərini bir daha diqqətə çatdırdığını qeyd edib.