Çavuşoğlu: “Can Azərbaycanın bu çətin günlərdə dəstəyi əvəzolunmazdır”

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarına Bartindəki partlayışla bağlı verdiyi başsağlığına görə təşəkkür edib.

Globalinfo.az bildirir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə türkiyəli nazir “Twitter“ hesabında paylaşım edib.

“Ceyhun qardaşım, başsağlığına görə təşəkkür edirəm. Can Azərbaycanın bu çətin günlərdə dəstəyi əvəzolunmazdır”, – deyə Çavuşoğlu qeyd edib.