Çavuşoğlu BMT-nin və TDT-nin Baş katibləri ilə görüşdü – FOTOLAR

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Danışıq zamanı “Taxıl Sazişi”nin uzadılması və Ukraynada baş verən son hadisələr müzakirə edilib.

***

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Çavuşoğlu tvitter səhifəsində paylaşım edib.

Qeyd olunub ki, görüşdə martın 16-da Ankarada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısına hazırlıq müzakirə olunub.