Cavanşir Quliyevdən onu tənqid edənlərə sərt CAVAB

Sənət adamları siyasi mövqe bildirən zaman aqressiv şəkildə hücuma məruz qalırlar. Onlar müəyyən kütlə tərəfindən şiddətlə qınanılır, bəzən də təhqir olunurlar.

Misal olaraq Rasim Balayevi, Flora Kərimovanı, Cavanşir Quliyevi göstərmək olar. Halbuki həmin sənətkarlar bir vətəndaş olaraq öz hüquqlarından istifadə edərək İlham Əliyevə səs verməyi doğru bilirlər.

Bəzən də bunun əksi olur. Yəni tanınmış şəxslər müxalifətə tərəfə keçdikdə hakimiyyət tərəfindən tənqid olunurlar.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan bəstəkar Cavanşir Quliyev deyib ki, kimə səs verəcəyinə özü qərar verir.

Onu tənqid edənlərə sözünün olmadığını bildirib:

“Məni tənqid edənlər özləri bilər. Söz azadlığı və demokratiyadır. Kim nə istəyir, desin. Onlara cavab verməyi düşünmürəm. Adama deyəcəm ki, məni tənqid etmə? ( gülür).

O bizi tənqid edirsə, deməli, elə düşünür, düşüncəsi odur. Bizim açıqlamalarımızla onun fikri dəyişən deyil. İnsanın fikrini sözlər yox, hadisələr formalaşdırır. Yaşayarıq, görərik”.

Zaira Akifqızı
Globalinfo.az