1639760554 dmitri peskov 1

Rusiya tərəfi hər kəsi Kiyevi birbaşa danışıqları davam etdirməyə və növbəti raund təyin etməyə təşviq etmək üçün yardım göstərməyə çağırır”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz hamını bunu etməyə çağırırıq. Burada əsas ABŞ Prezideti Donald Tramp və komandasının vasitəçilik səyləridir. Çoxlu bəyanatlar verilib, məyusluq barədə sözlər deyilib. Lakin biz ümid etmək istəyirik ki, paralel olaraq, Ukrayna tərəfinə də təzyiqlər edilir. Çünki Ukraynanı dəstəkləmək sülh yox, müharibənin davam etdirilməsi üçün siqnaldır”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: