Bu xəstəxanaya direktor, baş həkim və müavin təyin olundu

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) yeni təyinatlar olub.

Globalinfo.az bildirir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunub.

Səhiyyə nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini – baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.