Qəzzada İsrailin ən böyük silahı budur – Borrell

“Qəzza zolağında aclıq İsrailin ən böyük silahına çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

O, 100 min insanın aclıq astanasında olduğunu deyib.

“İsrail hakimiyyəti Qəzza zolağındakı aclıqdan müharibə silahı kimi istifadə edir. Həmçinin, anklava yetərli humanitar yardımın çatmasına mane olur. Ancaq humanitar yardım Qəzzaya çatmalıdır və Aİ bunun üçün əlindən gələni etməlidir. Fələstin-İsrail münaqişəsində sülhə nail olmaq üçün iki dövlətli həll prinsipi əsas götürülməlidir. Avropa İttifaqı bu məsələdə əməkdaşlığa hazırdır”, – Borrell vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az