Sudanın paytaxtı Xartum şəhərində yerləşən beynəlxalq hava limanında ordu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında toqquşma zamanı BMT-nin təyyarəsi məhv edilib.
Globalinfo.az xəbər verir ki, şənbə günü səhər saatlarında Sudanda təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Çevik Reaksiya Qüvvələri Sudan ordusunu Xartumdakı bazasına hücumda ittiham edib.
Münaqişə fonunda Xartum hava limanı fəaliyyətini dayandırıb. Bir sıra təyyarələr uçduqları ölkələrə qayıdıblar.
Daha sonra RRF Xartumdakı hava limanını və Merovdakı hava bazasını nəzarətə götürdüklərini açıqlayıb. Amma Sudan ordusunda bu məlumat təkzib edilir.
Təyyarənin məhv edilməsində hansı tərəfin əli olduğu dəqiqləşdirilməyib.
Sudanda BMT-nin təyyarəsi yandırılıb.