Bu il Xankəndidə yolka qurulmayacaq

Xankəndidə Yeni illə bağlı hər hansı şənlik və ya tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Axar.az-ın əldə etdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, yalnız 28-30 dekabr tarixləri arasında Xankəndidəki hərbçilər və orada təmir-bərpa işlərində çalışanlar üçün dar çərçivədə bayram tədbirlərinin keçirilməsinə icazə verilib.

Xatırladaq ki, Xankəndidə hələ məskunlaşmaya başlanılmayıb.