Bunu etsək, cəbhə xətti darmadağın olacaq – Elbakyan

 

“Ermənistanın Fələstinləşdirilməsi prosesi gedir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

O bildirib ki, bu proses iki yolla həyata keçirilir.

“Birinci yol GPS-dir. Bu, Alma-Ata Bəyannaməsi ilə eynilik təşkil edir. Ermənistan hakimiyyətinin dediyinə görə, onlar ciddi hüquqi sənəd tapıblar. İkinci yol isə ərazilərin təhvil verilməsidir.  Anklavların təslim olmasını gecikdirən yeganə səbəb “artsax”ın mövcudluğu idi. İndi o, yoxdur və Ermənistanda hakimiyyətin əl-qolu açıqdır. Odur ki, Ermənistan Tavuş rayonunun 4 kəndini təslim etsə, bütün cəbhə xətti darmadağın olacaq. Beləliklə, Ermənistanın Fələstinləşdirilməsi prosesi gedir. Tezliklə İran və Gürcüstana gedən yollar Azərbaycanın nəzarətinə keçəcək”, – Elbakyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az