“Hesab edirəm ki, vergi güzəştlərinin tətbiqi maliyyə baxımından mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib.
“Əlavə gəlirlər cəlb etmək üçün 3 ildən artıq istifadə olunmuş avtomobillərin ölkəyə idxalı zamanı rüsumların artırılması təklif olunur ki, bazarı qorumaq mümkün olsun. Bu həm daxili bazarın qorunması, həm də keyfiyyətli avtomobil idxalının stimullaşdırılması baxımından vacibdir.
Sahibkarlara 30 mindən çox vəsaitlərini nağdlaşdırmağa icazə verilmir. Onlar da qeyri-leqal yollarla bunu edirlər. Təklif edirəm ki, sahibkarlara 4 faiz vergi verməklə bu vəsaitini nağdlaşdırmağa icazə verilsin. Əldə olunan faizlər də kiminsə cibinə yox, dövlət büdcəsinə verilsin”, – deputat qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az