Antitürkçülük xəstəliyi ilə yaşayan ermənilərin ən böyük kabusu…

“Sülh müqaviləsinin imzalanması ən yaxşı halda 10, ən pis halda isə 5 il ərzində Ermənistanın dağılmasına gətirib çıxaracaq”.

Erməni politoloq Qaqik Hambaryanın səsləndirdiyi bu fikirlər erməni cəmiyyətində birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Hərçənd, bir çox analitiklər hesab edirlər ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması Ermənistanın gələcək inkişafına çox böyük perspektivlər vəd edir. Çünki münasibətlərin normallaşması İrəvanın bir çox regional layihələrdə yer almasına, eləcə də öz iqtisadiyyatını dirçəltməsinə imkan verə bilər. Əksinə, Ermənistan sülhdən yayınmaqla bir dövlət kimi öz gələcəyini təhlükə altına atır. Bütün bunların fonunda Hambaryanın fikirləri hansısa məntiqə əsaslanırmı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, bu xalqda “erməniçilik xəstəliyi” hər zaman olub. İndi də ermənilərin xislətində həmin xəstəlik özünü büruzə verir:

“Onlar qorxurlar ki, türklərlə sərhədlər açılandan sonra ermənilər assimilyasiyaya uğrayacaqlar. Bu, anti-türkçülük xəstəliyi ilə yaşayan ermənilərin ən böyük kabusudur. Ona görə də, ermənilər Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəmirlər. Digər tərəfdən, “erməniçilik xəstəliyi” ilə yaşayanlar güc toplayaraq Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürəcəklərini düşünürlər. Ona görə də, ermənilərin məkrli düşüncələrini məhv etmək üçün Azərbaycan yenidən ciddi bir güc sərgiləməlidir. Bu halda ermənilər öz riyakar düşüncələrindən və hədəflərindən əl çəkəcəklər”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Politoloqun sözlərinə görə, ermənilər ac qalmağa razıdırlar, amma türklərin hesabına varlanmaq istəmirlər:

“Onların içində türkfobiya və İslamafobiya xəstəliyi bu qədər güclüdür. Amma bu cür düşünənlərin sayının nə qədər çox olacağını gələcək və ümumi erməni xalqının seçimi göstərəcək”.

Əliyar Xəlil

Globalinfo.az