153e7263 4672 31b9 9f83 ab8732149ac6 850

Britaniyanın Esseks qraflığındakı Sautend aeroportunda kiçikhəcmli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, məlumatı “interfaks” yayıb.

Qəzanın Niderlanda yollanan “Beechcraft King Air B200” tipli təyyarənin uçuşa başladıqdan dərhal sonra baş verdiyi bildirilir. Hava gəmisinin havaya qalxan kimi yerə çırpıldığı qeyd olunub.

Hadisə zamanı təyyarədə neçə nəfərin olduğu və xəsarət alanların olub-olmadığı barədə hələlik rəsmi açıqlama verilməyib. Əraziyə xilasedicilər cəlb olunub, araşdırma aparılır.

Tahir Turan

Globalinfo.az

Paylaş: