“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
O həmçinin rəsmi Bakının Ukraynaya humanitar dəstəyinin artırılması qərarına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.