Britaniyalı nazir: “Putinin bu addımı Qərbə xəbərdarlıqdır”

“Putinin Şimali Koreyaya səfəri Qərbə xəbərdarlıqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

O hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri Qərbə xəbərdarlıq kimi qiymətləndirilməlidir.

“Putinin Şimali Koreyaya səfərinin müxtəlif səhnələri xəbərdarlıq kimi qəbul edilməlidir. Yeni tiranlıq oxu bizim azadlıqlarımızı sarsıtmağa çalışır. Moskva və Pxenyanı cilovlamaq üçün London öz silahlı qüvvələrini gücləndirməlidir”, – Şapps vurğulayıb.

Xatırladaq ki, Putin iki günlük səfərlə Pxenyanda olub. Danışıqlar nəticəsində Rusiya və KXDR liderləri Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.

Müşviq Tofiqoğlu
Globalinfo.az