Boltondan Ukrayna ilə bağlı arzuolunmaz proqnoz

“Rusiya Ukraynaya Qərb yardımlarını dayandırmaq üçün Kiyev və digər regionlara yeni hücumlar həyata keçirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, Ukrayna ən ağır dövrlərinə artıq hazırlaşmalıdır:

“Rusiyanın şimaldan hücumu iki səbəbdən baş verə bilər:

Birincisi, Putin və Kreml siyasi və diplomatiyaya diqqətini yönəldir ki, Qərb alyansını parçalasın. Məncə, onlar dərk edirlər ki, hərbi nəticələri pisdir. Ona görə də Putin indi çalışır ki, döyüş meydanında qazana bilmədiklərini diplomatik yolla qazansın.

İkincisi isə Putinin Valeri Gerasimovu bu müharibədə yeni komandir təyin etməsi ilə bağlıdır. Bu o deməkdir ki, qarşıda çox çətin zamanlar olacaq. Putin yatırımlarını artırır və anlayır ki, Ukraynadakı uğursuzluğu heç kimin üzərinə yıxa bilməyəcək. İndi onun rejimi uçurumun kənarındadır”.

Aqşin
Globalinfo.az